EN

Bu universitetin qapıları bağlandı: Bu ölkədə

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Ermənistanda fəaliyyət göstərən Amerika Universitetində (American University of Armenia) gözlənilməz qərar qəbul edilib.

"Cebheinfo.az" xəbər verir ki, təhlükəsizlik səbəbilə bu gün üçün nəzərdə tutulan dərslər ləğv olunub və tədris prosesi müvəqqəti olaraq onlayn rejimə keçirilib.

Universitet rəhbərliyi bildirib ki, bu addım İranın Qərbi Asiya və Yaxın Şərqdə yerləşən Amerika ali məktəblərinə qarşı mümkün təhdidləri ilə bağlı yayılan məlumatlar fonunda atılıb.

Bununla yanaşı, rəsmi açıqlamada xüsusi olaraq vurğulanıb ki, ali təhsil müəssisəsinə qarşı birbaşa heç bir təhdid daxil olmayıb və real təhlükə ehtimalı yoxdur. Bu səbəbdən də panikaya əsas olmadığı qeyd edilib.

Qərar ehtiyat tədbiri kimi qiymətləndirilir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
1
cebheinfo.az

2Sources