EN

"Səbail" ilə səfər matçında meydandan qalib ayrılacağımıza inanıram" - "Baku Sportinq"in məşqçisi

1-ci Liqanın 20-ci turu maraqlı və gərgin oyunlara səhnə olacaq. Lider "Şəfa" iddialı "Mingəçevir"lə səfər matçına çıxacaqsa, 3-cü sıradakı "Səbail" 2-ci pillədəki "Baku Sportinq"i qəbul edəcək. Paytaxt derbisindən öncə "Baku Sportinq"in məşqçisi Röyal Nəcəfov ilə əlaqə saxlayıb "dənizçilər"lə görüşdən nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Derbiyə hazırlaşırıq. Bizi çətin səfər oyunu gözləyir. Buna baxmayaraq, özümüzə inanırıq. "Səbail" bizə uduzacağı halda, çempionluq yarışından qopacaq. Bu səbədən rəqibin bizə qarşı görüşə final oyunu gözüylə baxdığını bilirik. Biz də qarşıdakı bütün oyunlarımızı final matçları sayırıq. Məqsədimiz qələbədir. Yaxşı oyun sərgiləyərək 3 xal qazanmağa köklənmişik. Hədəfimiz "Səbail"i liderlər qrupundan uzaqlaşdırmaq və birinci pillədəki "Şəfa"ya yaxınlaşmaqdır. Bizi çox ağır matç gözləsə də, "Səbail" ilə səfər matçında meydandan qalib ayrılacağımıza inanıram". 

Toğrul

Chosen
1
1
fanat.az

2Sources