EN

İran "Gerçək vəd - 4" əməliyyatının 87-cı dalğasını həyata keçirib - VİDEO

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) "Gerçək-vəd 4" Əməliyyatının 87-ci dalğasını həyata keçirib.

Ölkə.Az xəbər verir ki, bu barədə "Tasnim" İİKK-nin mətbuat xidmətinə istinadən bildirib.

Bəyanata görə, əməliyyat komanda mərkəzlərini, pilotsuz təyyarə anqarlarını, silah anbarlarını və əsgər sığınacaqlarını, eləcə də Amerika və İsrail pilotlarının sığınacaqlarını hədəf alıb.

Zərbələr İsrailin cənubunda, mərkəzində və şimalında (Hayfa körfəzi, Təl-Əviv, Beer-Şeva, Dimona, Viktoriya və digərləri) beş Amerika bazası və hərbi obyektini hədəf alıb.

Qeyd olunur ki, əməliyyatda "İmad", "Qiyam" və "Xorrəmşəhr 4" ballistik raketləri, eləcə də hücum dronları istifadə olunub.

İİKK İsrailin Küveytin duzsuzlaşdırma zavodlarına son hücumunu pisləyib və Qərbi Asiya ölkələrini ABŞ-İsrail blokunun bölgəni qeyri-sabitləşdirməyə yönəlmiş "təxribatları" barədə xəbərdar edib.

Chosen
19
2
olke.az

3Sources