EN

Sürücüləri ziyana salan yoldakı son vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində hərəkət bərpa olunub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Qeyd edilib ki, Bakı-Qazax yolunun Hacıqabul rayonu Nəvahi qəsəbəsi ərazisindən keçən hissəsində - paytaxt Bakı istiqamətindəki ərazidə yağan güclü yağışlardan sonra çalalar əmələ gəlmişdi:

"Mövcud vəziyyətin aradan qaldırılması üçün əraziyə xüsusi texnika və aidiyyəti əməkdaşlar cəlb edilib. Yaranmış problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb və qısa müddət ərzində ərazidə işlər tamamlanaraq təhlükəsiz hərəkət təmin olunub".

10:28

Bakı-Qazax yolunun Hacıqabul rayonu Nəvahi qəsəbəsi ərazisindən keçən hissəsində yol örtüyünün yararsız vəziyyətdə olması sürücülərin narazılığına səbəb olub.

Oxu.Az-a daxil olan görüntülərdən də aydın olur ki, Bakı istiqamətində hərəkət edən 15-dən çox nəqliyyat vasitəsi yolda yaranmış dərin çuxurlar səbəbindən zədələnir.

View this post on Instagram

Sürücülərin sözlərinə görə, həmin hissədə müxtəlif avtomobillərin təkərləri və diskləri sıradan çıxır. Onlar qeyd edirlər ki, problem xüsusilə gecə saatlarında daha təhlükəli hal alır. Belə ki, zəif görünmə şəraiti səbəbindən çuxurları vaxtında seçmək mümkün olmur.

Sürücülər aidiyyəti qurumlardan problemin aradan qaldırılmasını və dəymiş ziyanın qarşılanmasını tələb edirlər.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
oxu.az

1Sources