"FIFA Series - 2026" beynəlxalq turnirində bu gün keçiriləcək Azərbaycan – Syerra Leone oyununun hakimləri açıqlanıb.
Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, matçı Özbəkistandan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Asker Najafaliyev olacaq. Ona yan xətdə həmyerliləri İslom Azimov, Baxtiyorxuja Şavkatov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Axrol Ruskullayev yerinə yetirəcək.
Qarşılaşma bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək vəsaat 19:00-da başlayacaq.