ain.az, Fanat saytına istinadən bildirir.
DÇ-2026-nın pley-off mərhələsinin finalında sabah İtaliya seçməsi ilə üz-üzə gələcək Bosniya və Herseqovina millisinin təcrübəli hücumçusu Edin Ceko fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış jurnalist Canluka Di Martsionun saytı belə çatdırıb:
"Nə baş verdiyini gördük. Hərənin öz fikri var. Ola bilsin ki, mən də pley-offun finalında İtaliya ilə üz-üzə gəlməyimizi istəməzdim.
İtaliya Uelsdə oynamaq istəmirdi. Bilmirəm niyə... Amma biz ora qorxmadan yollandıq və qələbə qazandıq. İtaliyanın Uelsdən və ya Bosniyadan niyə qorxmalı olduğunun səbəbini anlamıram. Axı bu, dörd dəfə dünya çempionu olmuş inanılmaz bir millidir. İtaliya Uelsdə oynamaqdan qorxursa, deməli, nəsə qaydasında deyil. Bəlkə də bu İtaliyanın bizimlə oyunda da problem yaşayacağına da bir işarədir. İki dünya çempionatında olmayan rəqibin itiriləcək nəyisə var".
Xatırladaq ki, pley-offun yarımfinalında İtaliya yığması Şimali İrlandiyanı 2:0 hesabı ilə üstələyib. Bosniya və Herseqovina seçməsi isə Uelsi yenib - 1:1 (penaltilər 4:2).
Toğrul
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.