EN

Rasim Balayev yaddaşlarda əbədi yaşayacaq FOTOLAR

Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xalq artisti Rasim Balayev son mənzilə yola salınıb.

Bakıvaxtı.az xəbər verir ki, Mədəniyyət Nazirliyi Xalq artistinin dəfni ilə bağlı nekroloq yayıb.

Nekroloqda deyilir: 

"Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri, Dövlət Mükafatı laureatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli aktyor, Xalq artisti Rasim Balayevlə martın 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilib.

Vida mərasimində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər.

Mərhumun cənazəsi Akademik Milli Dram Teatrının matəmsayağı bəzədilən səhnəsində postament üzərinə qoyulub.

Postamentin ətrafına Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın, eləcə də dövlət qurumları və yaradıcılıq təşkilatları adından əklillər düzülüb.

Əvvəlcə Rasim Balayevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Xalq artisti, Dövlət Mükafatı laureatı Şəfiqə Məmmədova və Xalq artisti, kinorejissor Oqtay Mirqasımov çıxış edərək Rasim Balayevin Azərbaycan milli kinosunun inkişafına verdiyi mühüm töhfələrdən danışıblar.

Qeyd olunub ki, sənətkar ekran əsərlərində canlandırdığı bir-birindən maraqlı obrazlarla tamaşaçıların yaddaşında əbədi yaşayacaq.

Aktyorun ailə üzvləri adından çıxış edən Ülvi Balayev atasının sənətinə hər zaman böyük diqqətlə yanaşan ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Daha sonra Xalq artisti Rasim Balayevin cənazəsi Fəxri xiyabanda torpağa tapşırılıb. 

Allah rəhmət eləsin".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
1
bakivaxti.az

2Sources