EN

Kantenin formadan pay qazanmaq maddəsi bəlli oldu

ain.az bildirir, Fanat portalına istinadən.

"Fənərbağça"nın ulduz futbolçusu N'Qolo Kantenin transfer müqaviləsindəki maraqlı bir detal üzə çıxıb.

Fanat.Az xəbər verir ki, artıq bir müddətdir sarı-lacivərdli formanı geyinən fransalı yarımmüdafiəçinin müqaviləsində forma satışından pay alacağına dair xüsusi bənd yer alıb.

"Sabah Spor"un yaydığı məlumata görə, 2.5 illik ümumi maliyyə dəyəri 41.9 milyon avroya çatan Kante, məhz bu gəlir modeli sayəsində "Fənərbağça"ya gəlməyə razı olub.

Klub rəhbərliyinin futbolçunu razı salmaq üçün istifadə etdiyi bu üsul, ulduz oyunçunun həm də bir növ klubun biznes tərəfdaşına çevrilməsini təmin edib. Hazırda Kantenin forma satışları klub mağazalarında rekord qırarkən, futbolçu da bu satışlardan öz payını əldə etməkdədir.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
1
fanat.az

2Sources