EN

İyrəncliyə qarşı son çarə: mənzillərdə meyitlərin külünü saxlamaq yasaqlanır

Çində hökumət yeni qərarla yaşayış mənzillərinin mərhumların külünün saxlandığı məkan kimi istifadəsini qadağan edir.

Musavat.com xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.

Məlumata görə, illərdir bəzi ailələr qəbiristanlıq yerlərinin bahalığı səbəbindən alternativ yol seçirdi: ucuz mənzillər alaraq onları faktiki olaraq küllərin saxlandığı xüsusi yerlərə çevirirdilər. Bu isə daşınmaz əmlak bazarında yaranan böhran fonunda daha da yayılmışdı.

Yeni qaydalar martın 31-dən qüvvəyə minir və bu təcrübəni tam qadağan edir. Rəsmi Pekin qərarı bir neçə səbəblə izah edir:

sanitariya və gigiyena riskləri

qonşuların şikayətləri

yaşayış fondunun bazara qaytarılması ehtiyacı


Bununla yanaşı, hakimiyyət orqanları bu istiqamətdə yoxlamaları gücləndirməyi və “yaşıl dəfn” (ekoloji cəhətdən daha uyğun mərasimlər) təşviq etməyi planlaşdırır.


Musavat.com

Chosen
6
50
musavat.com

10Sources