“Bayern”in müdafiəçisi Rafael Qerreyru mövsümün sonunda komandanı tərk edəcək.
Msport.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.
32 yaşll portuqaliyalı müdafiəçinin müqaviləsi uzadılmayacaq. Qerreyru 2023-cü ildə “Borussiya Dortmund”dan transfer olunmuşdu. O, “Bayern”də 89 oyunda 12 qol vurub və 8 məhsuldar ötürmə verib.