EN

Cənub cəbhəsində qanlı gecə: İsrail hərbçisi öldürüldü - Foto

Livanda vəziyyət yenidən kəskinləşir, sərhəddə toqquşmalar intensiv xarakter alır.

Musavat.com xəbər verir ki, Livanın cənubunda baş verən hücum zamanı İsrail ordusunun 19 yaşlı çavuşu Liran Ben Tsion həlak olub.

Məlumata görə, o, Holon şəhərindən idi və zirehli briqadanın 9-cu batalyonunda xidmət edirdi. Hücumun İsrail hərbçilərinin toplandığı nöqtəyə yönəldiyi bildirilir.

“Hizbullah” qruplaşması hücumu öz üzərinə götürərək İsrail ordusuna zərbə endirdiyini açıqlayıb. Hadisə nəticəsində daha bir hərbçinin yaralandığı qeyd olunur.

Musavat.com

Chosen
40
musavat.com

1Sources