EN

Türkiyə və Suriya kəşfiyyatı casusu saxladı

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

Türkiyə Milli Kəşfiyyat Təşkilatı və Suriya Kəşfiyyat Xidməti tərəfindən həyata keçirilən birgə əməliyyat çərçivəsində xarici dövlətin maraqları naminə casusluq etdiyinə görə axtarışda olan Türkiyə vətəndaşı Öndər Sığırcıkoğlu Suriya-Livan sərhədində saxlanılıb.

Modern.az xəbər verir ki, o, artıq Ankaraya gətirilib və məhkəmə orqanlarına təhvil verilib.

Məlumata görə, saxlanılan şəxs 2011-ci ildə Azad Suriya Ordusunun komandirləri olan Hüseyn Harmuş və Mustafa Kassumu qaçıraraq Bəşər Əsəd rejiminə təhvil verib. H.Harmuş işgəncə ilə öldürülüb və bu, Suriya cəmiyyətində rezonans doğurub.

Bildirilir ki, 2013-cü ildə Ö. Sığırcıkoğlu Türkiyədə 20 il həbs cəzasına məhkum edilib. Lakin o, 1 il sonra həbsxanadan qaçıb və uzun illər müxtəlif ölkələrdə gizlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
4
modern.az

5Sources