
İranın Mülki Aviasiya Təşkilatı (İran) ABŞ və İsrailin iki gün əvvəl dərman və tibbi avadanlıq daşıyan mülki təyyarəyə hücum etdiyini bildirib. Bu barədə Fars agentliyi məlumat yayıb.
Qurumun açıqlamasına görə, İran mülki təyyarəsi müxtəlif ölkələrdən dərman və tibbi avadanlıqlar daşıyaraq Məşhəd hava limanına eniş edib. Bildirilir ki, bu cür hücum beynəlxalq aviasiya qaydalarının pozulması və humanitar hüquq prinsiplərinə ziddir.
Açıqlamada qeyd olunub ki, mülki obyektlərə hücumlar hərbi cinayət hesab edilir.
İran tərəfi beynəlxalq təşkilatları hadisəni dərhal araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə və bu kimi halların təkrarının qarşısını almağa çağırıb.