Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bu necə minnətdarlıq hissidir? Türkiyə İrana qarşı müharibəni dayandırmaq üçün əlindən gələni edir, İsraili lənətləyir, ABŞ-ı sərt tənqid edir, bunun əvəzinə SEPAH Türkiyə ərazisinə 4-cü raketini atıb. Halbuki İran Prezidenti Məsud Pezeşkian bir neçə gün əvvəl Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana türk dilində minnətdarlığını bildirmişdi. Məsud Pezeşkian X hesabında regionda davam edən böhran fonunda tutduğu mövqeyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bu sözlərlə təşəkkür etmişdi: “Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın təcavüzkar sionist rejimi qınamaq məsələsində qətiyyətli mövqeyi təqdirəlayiqdir. Qardaş türk milləti uzun illərdir islam ümməti ilə həmrəylikdə mühüm rol oynayıb. Bu yolu davam etdirəcəyik”.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Aydındır ki, Məsud Pezeşkian səlahiyyət sahibi deyil, ölkə SEPAH generallarının nəzarətindədir. Həmin generallar isə düşməni dosta qatıb aləmi alova bürüməyə çalışırlar”, - o bildirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.