
İsrailin Baş naziri Benyamin Netanyahu orduya Livanın cənubundakı mövcud təhlükəsizlik bufer zonasını genişləndirməyi tapşırıb.
Yeniabaz.com xəbər verir ki, Netanyahu bu barədə Şimal Komandanlığına video müraciətində bildirib.
“Mən indicə mövcud təhlükəsizlik bufer zonasını daha da genişləndirmək əmrini verdim. Biz şimaldakı vəziyyəti kökündən dəyişdirməyə qərarlıyıq”, - baş nazir deyib.