İsrail Hərbi Hava Qüvvələrinin Livan ərazisinə endirdiyi zərbələr nəticəsində bu günə kimi 1247 vətəndaş həyatını itirib.
Bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
“Hərbi eskalasiya başlayandan bəri yaralıların sayı isə 3 680-ə çatıb. Martın 2-dən bəri İsrailin hücumları nəticəsində 1 036 kişi, 124 uşaq və 87 qadın həlak olub”, - deyə məlumatda qeyd edilib.
"Cebheinfo.az"