EN

Klubunda hamını arxada qoydu

Erlinq Holann cari mövsümdə “Mançester Siti”nin ən yaxşı oyunçusu seçilib.

"Football-plus.az" xəbər verir ki, Norveçli forvard bütün turnirlərdə vurduğu qollar və etdiyi məhsuldar ötürmələrin cəminə (37) görə bütün rəqiblərini arxada qoyub. O, bu göstərici ilə premyer-liqanın digər futbolçularını ən azı 12 xal qabaqlayır. Siyahı hazırlanarkən oyunçuların fərdi bacarıqları ilə yanaşı, komandanın taktikasındakı rolları da nəzərə alınıb.

Qeyd edək ki, araşdırmada yalnız cari mövsümdə premyer-liqa və Çempionlar Liqasında ən azı 900 dəqiqə meydanda olan futbolçular iştirak ediblər.

Chosen
30
football-plus.az

1Sources