ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
İran "Gerçək vəd – 4" əməliyyatının 87-ci dalğasını həyata keçirib.
Bu barərə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
" SEPAH Hərbi Dəniz Qüvvələri kəşfiyyat və əməliyyat tədbirləri nəticəsində ABŞ ilə İsrailin komandirlərinin toplandığı 4 obyekti məhv edib", - məlumatda bildirilib .
Əlavə edilib ki, Birləşmiş Ərəb Əmirliklərində yerləşən Minhad bazasından kənarda yaradılan komandanlıq mərkəzi atəşə tutulub: "Həmin mərkəzdə 200-dən çox amerikalı komandir və orta rütbəli zabit olub".
SEPAH digər kombinə edilən əməliyyat zamanı Bəhreyndəki əsas qarnizonun xaricində ABŞ-nin 5-ci Donanmasının komandirlərinin gizli yerləşmə yerinə dron hücumu edib.
"Üçüncü ölkənin bayrağı altında üzən və İsrailə məxsus olan bir konteyner gəmisi də SEPAH Hərbi Dəniz Qüvvələrinin raket zərbəsinə məruz qalıb",- qeyd edilib.
Bildirilib ki, Səudiyyə Ərəbistanının Dəzhran bölgəsinin sahillərində bazadan kənarda yerləşdirilən və F-16 qırıcılarını istiqamətləndirən ABŞ-yə məxsus hava xəbərdarlığı radarı da vurulub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.