EN

Dava edənləri ayırmaq istəyən polislər GÜLLƏLƏNDİ

Dağıstanda polis əməkdaşlarına atəş açılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Mash” məlumat yayıb.

Dağıstanın Buynaksk rayonunda iki polis əməkdaşına qarşı silahlı hücum qeydə alınıb.

Hadisə Aşağı Cənqutay kəndində baş verib. Belə ki, polis əməkdaşları ərazidən keçərkən kənddə kütləvi dava ilə qarşılaşıblar.

Onlar münaqişəni dayandırmaq və tərəfləri sakitləşdirmək məqsədi ilə avtomobili saxlayaraq davaya müdaxilə etməyə çalışıblar.

Bu zaman dava iştirakçılarından biri gözlənilmədən polis əməkdaşlarına atəş açıb. Yaralanan polislər dərhal xəstəxanaya çatdırılıblar.

Hadisəni törədən 31 yaşlı şəxs polis tərəfindən saxlanılaraq zərərsizləşdirilib.

Xuraman Etibarlı

İnterpress.az


Chosen
21
interpress.az

1Sources