EN

Hindistan İrandan vətəndaşlarının təxliyəsinə görə

Hindistan İrandan öz vətəndaşlarının təxliyəsinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

 

Senzor.az bildirir ki, bu barədə Hindistanın Bakıdakı diplomatik missiyası məlumat yayıb.

 

"Hindistan vətəndaşlarının İrandan təhlükəsiz təxliyəsində göstərdiyi köməyə görə Azərbaycan hökumətinə səmimi minnətdarlığımızı bildiririk", - səfirlikdən bildiriblər.

 

Martın 30-u saat 10:00-a olan məlumata görə, fevralın 28-i saat 08:00-dan etibarən İrandan Azərbaycana ümumilikdə 3 094 nəfər təxliyə olunub. Onlardan 196 nəfəri Hindistan vətəndaşıdır. 

Chosen
16
7
senzor.az

10Sources