EN

Dollarla bağlı daşları yerindən oynadacaq addım 26 illik həmlə təkrarlanır?

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dollardan imtina dövrü başlayır – Artıq 3 ölkə hərəkətə keçib

Dollar və neft uzun illər qlobal iqtisadi sistemin əsas dayaqlarından biri kimi çıxış edib. 2000-ci ildə Səddam Hüseynin nefti dollar əvəzinə avro ilə satmaq qərarı və bundan üç il sonra İraqın işğalı bu sistemin həssaslığını göstərən nümunələrdən biri kimi qiymətləndirilir. Oxşar şəkildə 2011-ci ildə Müəmmər Qəddafinin qızılla dəstəklənən vahid Afrika valyutası yaratmaq təşəbbüsü onun devrilməsi ilə nəticəsiz qaldı.

Hazırda isə qlobal iqtisadi balansda yeni dəyişikliklərin baş verdiyi müşahidə olunur. Dolların beynəlxalq rezervlərdəki payı son 20 ilin ən aşağı səviyyəsinə enib. Belə ki, Rusiya, Çin və Hindistan kimi ölkələr enerji ticarətində milli valyutalara üstünlük verməyə başlayıb.

Bu, ədalətli iqtisadi keçidin başlanğıcıdır, yoxsa dolların taxtını qorumaq üçün başlayacaq böyük müharibənin ayaq səsləridir?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, ekspert Akif Nəsirli deyib ki, Səddam Hüseyn və Qəddafinin həmin davranışları tez-tez dollar sisteminə qarşı çıxış edən liderlərin aqibəti kimi təqdim olunur:

“Amma bu hadisələri yalnız valyuta məsələsi ilə izah etmək düzgün deyil. Burada geopolitik, təhlükəsizlik və daxili siyasi faktorlar da ciddi rol oynayıb. Bu gün isə vəziyyət həqiqətən dəyişir. Dollar hələ də qlobal maliyyə sisteminin əsas sütunudur. Lakin Çin, Rusiya və Hindistan kimi ölkələrin milli valyutalarla ticarəti artırması “de-dollarizasiya” prosesinin gücləndiyini göstərir. Bu, daha çox çoxqütblü iqtisadi sistemə keçidin əlamətidir, yəni dünya təkcə bir valyutadan asılı qalmaq istəmir. Bununla belə, bu prosesin “ədalətli iqtisadi keçid” kimi tam sakit və problemsiz baş verəcəyini düşünmək də real deyil. Çünki böyük güclər iqtisadi təsir alətlərini asanlıqla itirmək istəmir və rəqabət artıq açıq şəkildə görünür”.

İqtisadçı bildirib ki, bu rəqabətin mütləq böyük müharibəyə çevrilməsi mümkündür:

“Daha böyük ehtimal odur ki, dollar öz dominant mövqeyini tam itirmədən zəifləyəcək və paralel olaraq alternativ maliyyə mərkəzləri formalaşacaq. Yəni qarşıdakı dövr daha çox gərgin iqtisadi rəqabət və siyasi balans axtarışı ilə xarakterizə olunacaq, ani və tam sistem dəyişimi ilə yox”.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
27
globalinfo.az

1Sources