EN

Tehranın şərqində hava zərbələrindən sonra elektrik kəsildi

BAKI, 31 mart. TELEQRAF

ABŞ və İsrailin hava zərbələrindən sonra Tehranın şərqində yerləşən bir neçə rayonda elektrik enerjisi kəsilib.

Teleqraf xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.

Məlumata görə, elektrik kəsintisi xüsusilə Piruzi rayonu və paytaxtın digər şərq dairələrində qeydə alınıb. Bildirilir ki, kommunal xidmətlər artıq elektrik təchizatının bərpası üçün işlərə başlayıb.

Chosen
72
teleqraf.com

1Sources