EN

XİN-dən 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı BƏYANAT

Bakı. Trend:

Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların SoyqırımıGünü ilə bağlı bəyanat yayıb.

Trend xəbərverir ki, bəyanatda bildirilib:

"Bu gün, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü, radikalerməni qruplaşmaları tərəfindən xalqımıza qarşı törədilmiş dəhşətliqətliamlardan 108 il ötür.

1918-ci ilin martında Bakı Sovetinin 6000 və “Daşnaksutyun”partiyasının 4000 silahlı üzvü tərəfindən həyata keçirilmişsoyqırımı etnik təmizləmə siyasətinin ən qəddar nümunələrindən birikimi tarixə həkk olunub. Həmin dövrdə Qafqazın Fövqəladə KomissarıStepan Şaumyanın etirafları da sübut edir ki, bu qırğınlar“əksinqilabçılıqla mübarizə” pərdəsi altında məhz milli nifrətzəminində törədilib.

Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan vəİrəvan kimi bölgələrdə planlı şəkildə həyata keçirilmiş bucinayətlər nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib.Təkcə Qubada 16 mindən çox insan öldürülüb, 167 kənd yerlə-yeksanedilib. Dinc əhali ilə yanaşı, xalqımızın dini və mədəni irsi hədəfalınıb, məscidlər və tarixi abidələr dağıdılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasından sonrahadisələrin tədqiqinə, habelə dünya ictimaiyyətinə çatdırılmasıməqsədilə xüsusi təsisatların yaradılmasına, 31 mart tarixininümummilli matəm günü kimi qeyd edilməsinə baxmayaraq, Cümhuriyyətinsüqutu bu cinayətə siyasi-hüquqi qiymətin verilməsinə maneolub.

Müstəqilliyimizin bərpasından sonra, Ümummilli Lider HeydərƏliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımıhaqqında” Fərmanı ilə bu qətliamlara dövlət səviyyəsindəhüquqi-siyasi qiymət verilib.

XX əsrin əvvəllərində bu qanlı soyqırımı siyasəti sonrakıdövrlərdə də davam etdirilib, əsrin sonlarına doğruazərbaycanlıların indiki Ermənistan ərazisindən kütləvideportasiyası, Azərbaycan ərazilərinin işğalı illərində törədilmişqətliamlar, xüsusilə Xocalı soyqırımı və digər müharibə cinayətləriilə sistematik xarakter alıb.

Azərbaycan xalqı tariximizin bu qanlı səhifələrini heç zamanunutmayacaq.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə etnik nifrət vəsoyqırımı qurbanı olmuş bütün həmvətənlərimizin əziz xatirəsinidərin hüznlə yad edirik".

Chosen
48
35
az.trend.az

10Sources