EN

“Sabah”ın yarımmüdafiəçisi kənardan izlədi, Özbəkistan qələbəni penallarla əldə etdi

"Sabah"ın yarımmüdafiəçisi Umarali Raxmonaliyevin dəvət aldığı Özbəkistan yığması FİFA Seriyası çərçivəsində Venesuelailə üz-üzə gəlib.

Spprtinfo.az xəbər verir ki, qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb.

Qalibin adı penaltilər seriyasında müəyyənləşib. On bir metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən Özbəkistan yığması 5:4 hesablı qələbəyə sevinib.

Umarali Raxmonaliyev matçı ehtiyat oyunçular skamyasından izləyib.

Özbəkistan yığması martın 27-də Qabon millisi ilə üzləşib və rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

Chosen
51
sportinfo.az

1Sources