
Bəhreyn və Küveytin hava məkanı artıq bir aydan çoxdur ki, mülki aviasiya uçuşları üçün qapalı qalır.
AFN.az xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Bildirilir ki, hər iki ölkədə hava məkanının bağlanması rejimi növbəti 12 saatlıq müddətə uzadılıb.
Beləliklə, ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlarla əlaqədar fevralın 28-dən tətbiq edilən uçuş qadağası ardıcıl olaraq artıq 32-ci gündür ki, qüvvədədir. Mənbənin sözlərinə görə, Bəhreyn tərəfi yalnız istisna hal kimi, xüsusi icazə əsasında Manama hava limanından qonşu Səudiyyə Ərəbistanı istiqamətindəki ən qısa dəhliz vasitəsilə bəzi uçuşların həyata keçirilməsinə imkan yaradır.