ABŞ-də bir qallon (3,79 litr) benzinin orta qiyməti 2022-ci ilin avqust ayından bəri rekord həddə çataraq 4 dolları keçib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə yanacaq qiymətlərinin dinamikasını izləyən "GasBuddy" portalının məlumatlarında qeyd olunub.
Şərq vaxtı ilə saat 20:45-ə (çərşənbə axşamı Bakı vaxtı ilə saat 04:45) olan məlumata görə, bir qallon adi benzinin qiyməti 4.001 dollardır.
Ən yüksək yanacaq qiyməti Kaliforniyadadır və istehlakçılar bir qallon üçün 5.86 dollar ödəməli olacaqlar. (Report)