EN

BMT nümayəndəsi bu xəbəri açıqlayıb istefa verdi: ABŞ İrana nüvə bombası atacaq, 10 milyon insan...

BMT-nin nümayəndəsi Məhəmməd Səfa ABŞ-ın İrana "nüvə zərbəsi" hazırladığını bildirib.

Publika.az xəbər verir ki, o, bu bəyanatdan sonra BMT-dəki vəzifəsindən istefa verib.

"İnsanlar vəziyyətin ciddiliyini anlamırlar. Onlar 10 milyon adi insanı, işi və arzuları olan insanları nüvə silahları ilə məhv etməyi planlaşdırırlar!", - diplomat bildirib.

Məhəmməd Səfa Tehrana qarşı nüvə silahından istifadəyə hazırlıqla bağlı BMT müzakirələrini açıqlamaq üçün istefa verib. O, müzakirələrin sanki qaçılmaz bir şey kimi aparıldığını bildirib. Diplomat “nüvə qışı"nın nəticələrinə diqqət yetirilməsinə və hətta bir nüvə başlığının partlaması ilə belə dünyanı gözləyən nəticələrin araşdırılmasına çağırıb.

Chosen
16
5
publika.az

10Sources