EN

Aİ-nin yanacaq xərcləri 13 milyard avro artıb

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-İsrail arasında İrana qarşı hərbi əməliyyatın başlamasından bəri Aİ ölkələrinin yanacaq  xərcləri 13 milyard avro artıb.

Banco.az xəbər verir ki, bu barədə bu barədə Euractiv onlayn portalı Avropa İttifaqının enerji komissarı Den Yorgensenin Aİ üzv dövlətlərinin müvafiq nazirlərinə ünvanladığı məktuba istinadən məlumat yayıb.

31 martda keçirilməsi planlaşdırılan Aİ enerji nazirlərinin təcili videokonfransından əvvəl göndərilən sənəddə deyilir: "28 günlük döyüşlər zamanı Aİ-nin təbii enerji idxalına görə xərci 13 milyard avro artıb".

Daha əvvəl məktubu da nəzərdən keçirən Avropa nəşri olan "Politico" da bildirib ki, Yorgensenin milli hökumətləri, xüsusən də nəqliyyat sektoruna diqqət yetirərək, yanacağa tələbatı azaltmaq üçün könüllü tədbirlər görməyə çağırdığı bildirilib. Nəşrin qeyd etdiyi kimi, bu, hökumətlərin bəzi Asiya ölkələrində olduğu kimi, sakinlərdən daha vacib işlər üçün yanacağa qənaət etmək məqsədilə avtomobil və təyyarələrdən daha az istifadə etmələrini istəməsi anlamına gələ bilər.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen əvvəllər açıq şəkildə bildirib ki, Aİ daxilində enerji kəsintiləri təhlükəsi olsa belə, Komissiya Aİ ölkələrinə Rusiya ehtiyatlarını almağa icazə verməyəcək. Yorgensen öz növbəsində Aİ ölkələrinin artıq bir dənə də olsun Rusiya yanacağı molekulu idxal etməməli olduqlarını bəyan edib.

Chosen
13
2
banco.az

6Sources