21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, B qrupunda yer alan U-21 7-ci turun oyununa çıxacaq.
Rəşad Eyyubovun baş məşqçisi olduğu komanda səfərdə Bolqarıstan millisi ilə qarşılaşacaq.
Plovdiv şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Gənclər millisi bundan əvvəl qrupda Portuqaliya (0:5, 0:4), Bolqarıstan (1:1), Çexiya (0:5), Şotlandiya (3:3) və Cəbəllütariq (1:0) ilə oyunlarda 5 xal toplayıb.
AÇ-2027
B qrupu, 7-ci tur
31 mart
20:00. Bolqarıstan (U-21) – Azərbaycan (U-21)
Baş hakim: Denis Şurman (Ukrayna).
Plovdiv. "Xristov Botev" stadionu.
1. Portuqaliya 6 5 1 0 25-0 16
2. Çexiya 6 3 2 1 10-3 11
3. Şotlandiya 7 3 2 2 18-7 11
4. Bolqarıstan 6 3 1 2 7-6 10
5. Azərbaycan 6 1 2 3 5-18 5
6. Cəbəllütariq 7 0 0 7 1-32 0