EN

"Harry Potter"in ulduzları sərvət qazandı

"Harry Potter" serialının yeni televiziya versiyasında rol alan uşaq aktyorların qazancları açıqlanıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, baş rolları canlandıracaq Dominik Maklaflin, Alaster Staut və Arabella Stenton ilk mövsüm üçün hər biri 500 min funt sterlinq məvacib alacaq. Bu isə təxminən 1 milyon 121 min 700 manat təşkil edir.

Belə ki, 30 mindən çox namizəd arasından seçilən 11-12 yaşlı aktyorların yer aldığı serialın ilk mövsümünün 8 bölümdən ibarət olacağı planlaşdırılır. Bu halda onların hər bölüm üzrə qazancı 60 min funt sterlinqdən (təxminən 134 min 604 AZN) çox olacaq.

Qeyd olunur ki, aktyorlar bu templə davam etsələr, 18 yaşa çatmamış multimilyonerə çevrilə və qısa müddətdə dünyanın ən tanınmış gənc ulduzları sırasına daxil ola bilərlər. 

Ayxanım Məlikova

Chosen
53
1
unikal.az

2Sources