EN

Aprelin 6 sı nə baş verəcək? ABŞ İran müharibəsi daha da alovlanır

ain.az, Lent az portalına istinadən məlumat verir.

İran Dubay sahilləri yaxınlığında tam yüklü xam neft tankerinə hücum etdi. Lent.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Küveyt bayrağı altında üzən “Al-Salmi” tankerinə edilən hücum da dünya mediasının gündəmi oldu. Beləliklə, Hörmüz boğazında ticarət gəmilərinə raket və ya partlayıcı hava və dəniz dronları ilə silsilə hücumlar davam edir. Nə vaxta kimi?

Bir aydan çox davam edən münaqişə Yaxın Şərqə yayılıb, minlərlə insanın ölümünə səbəb olub, enerji təchizatını pozub və qlobal iqtisadiyyatı sarsıtmaq təhlükəsi yaradıb.

Tankerə hücumdan sonra xam neft qiymətləri qısa müddətə yenidən artıb. Bu tanker təxminən 2 milyon barrel, hazırkı qiymətlərlə 200 milyon dollardan çox dəyərində neft daşıya bilir.

Artıq neft və yanacaq qiymətlərində artım ABŞ-da maliyyə vəziyyətinə təsir etməyə başlayıb. Hansı ki, enerji qiymətlərini aşağı salınacağı və ABŞ-da neft-qaz hasilatını artırılacağı gözlənilirdi.

Qoşunlar yerləşdirilir, danışıqlar davam edir

Hər iki tərəfin hücumlarının səngimə əlaməti yoxdur və münaqişənin daha genişlənəcəyi qorxuları getdikcə artır.

İranla əlaqəli “Husilər” silahlı qruplaşması son günlər İsrailə raket və dronlar ataraq müharibəyə qoşulub. İsrail Tehranda hərbi infrastruktur kimi xarakterizə etdiyi obyektlərə və Beyrutda İran tərəfindən dəstəklənən Hizbullaha aid infrastruktura raket zərbələri endirib. Bu zərbələrdən sonra Livanın paytaxtı üzərində qara tüstü qalxıb.

İranın Tasnim xəbər agentliyinin məlumatına görə, İsrail şəhərdə yaxınlaşan zərbələr barədə xəbərdarlıq etdikdən bir neçə dəqiqə sonra Tehranın şərq və qərb hissələrində partlayış səsləri eşidilib. Təsəvvür edin ki, artıq BMT-nin üç nəfər sülhməramlı hərbçisi öldürülüb. Bu Livanda baş verib.

Reuters-ə danışan iki ABŞ rəsmisinin sözlərinə görə, ABŞ ordusunun elit 82-ci Hava-Desant Diviziyasından minlərlə əsgər Yaxın Şərqə gəlməyə başlayıb. Bu, Trampın Tehranla danışıqları davam etdirdiyi bir vaxtda onun seçimlərini genişləndirərək İrana qarşı quru əməliyyatı ehtimalını da artırır.

Ağ Evin mətbuat katibi Karoline Leavitt bildirib ki, Tramp İran liderləri ilə razılaşma əldə etmək istəyir. Bunun üçün ikinci son tarix – aprelin 6-sı müəyyən edilib və İranın Hörmüz boğazını açması tələb olunur. Bu dar su yolu normalda qlobal neft və mayeləşdirilmiş qaz tədarükünün təxminən beşdə birini daşıyır.

Leavitt bildirib ki, İranla danışıqlar irəliləyir, lakin Tehranın ictimai açıqlamaları ilə ABŞ rəsmilərinə özəl şəkildə dedikləri fərqlidir.

İran daha əvvəl bildirib ki, ABŞ-ın sülh təkliflərini vasitəçilər vasitəsilə alıb. Bu, Pakistan, Misir, Səudiyyə Ərəbistanı və Türkiyənin xarici işlər nazirləri arasında keçirilən həftəsonu danışıqlardan sonra baş verib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu təklifləri “real olmayan, məntiqsiz və həddindən artıq” adlandırıb.

“Bizim mövqeyimiz aydındır. Biz hərbi təcavüz altındayıq. Buna görə də bütün səylərimiz və gücümüz özümüzü müdafiə etməyə yönəlib,” o, mətbuat konfransında deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
lent.az

1Sources