EN

Benzinin qiymətində kəskin artım: Kritik durum yarandı

ABŞ-da yanacaqdoldurma məntəqələrində qiymətlər son illərin ən yüksək səviyyəsinə çatıb. Mart ayının sonuna olan məlumatlara görə, ölkə üzrə benzinin orta qiyməti 4 dollarlıq psixoloji həddi geridə qoyub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Amerika Avtomobil Assosiasiyası (AAA) hesabat yayıb.

Bildirilir ki, hazırda ölkə üzrə bir qallon (təxminən 3,78 litr) benzinin orta satış qiyməti 4,00 dollar təşkil edir. Bu, ötən ayla müqayisədə təxminən 34 faizlik kəskin artım deməkdir. Müqayisə üçün qeyd edək ki, fevral ayının sonunda bu rəqəm 2,98 dollar civarında idi.

Ekspertlər qiymət artımını birbaşa olaraq Yaxın Şərqdə davam edən hərbi münaqişələrlə əlaqələndirirlər. İranla yaşanan gərginlik fonunda dünya bazarlarında xam neftin qiymətinin 100 dollarlıq baryeri aşması ABŞ-ın daxili bazarındakı tariflərə dərhal təsir göstərib.

Ölkənin bəzi bölgələrində vəziyyət daha kritikdir. Ən yüksək qiymətlər ənənəvi olaraq qərb ştatlarında qeydə alınıb:

Kaliforniya: $5.84

Vaşinqton: $4.44

Havay: $4.43

Ən ucuz yanacaq isə hələlik $3.15 ilə Missisipi və Texas ştatlarındadır.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
14
yenisabah.az

1Sources