Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ Konqresində bəzi qanunvericilər İrana qarşı mümkün quru əməliyyatına etiraz edirlər.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, Respublikaçılar Partiyasından Konqres üzvü Tim Berçett bildirib ki, amerikalı siyasətçilər arasında belə bir müdaxiləyə dəstək zəifdir.
Onun sözlərinə görə, respublikaçıların əksəriyyəti İrana quru qoşunlarının göndərilməsini dəstəkləmir və demokratlar arasında da bu məsələdə vahid mövqe yoxdur. Berçett vurğulayıb ki, hazırda belə bir addım üçün uyğun zaman deyil və bu, bir çox siyasətçilər üçün “qırmızı xətt” hesab olunur.
Konqres üzvü qeyd edib ki, mümkün quru münaqişəsi yaranacağı təqdirdə ABŞ regiondakı tərəfdaşlarını daha fəal iştirak etməyə təşviq etməlidir.
Nuriyyə NATİQQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.