EN

Bursa bələdiyyəsinin sədri və ailə üzvləri saxlanılıb

Türkiyənin Bursa şəhərinin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan Böyükşəhər bələdiyyə sədri Mustafa Bozbey saxlanılıb.

APA-nın xəbərinə görə, Bursa Cumhuriyet Başsavcılığı tərəfindən aparılan istintaq çərçivəsində Bozbey və daha 58 şübhəli barədə saxlanma qərarı verilib. Onlardan 55-i artıq saxlanılıb.

Məlumata əsasən, saxlanılanlar arasında Bozbeyin həyat yoldaşı, qızı, qardaşları və bir sıra iş adamları da var. Bozbeyin evində və bələdiyyə binasında axtarış aparılır.

Prokurorluğun açıqlamasında şübhəlilərin “cinayət təşkilatı yaratma və bu təşkilata üzv olma”, həmçinin “cinayətdən əldə edilən vəsaitlərin leqallaşdırılması” maddələri üzrə istintaqa cəlb olunduğu bildirilib.

Əməliyyatlar Bursa mərkəz olmaqla İstanbul, Balıkesir və Diyarbakır şəhərlərində eyni vaxtda keçirilib. Bildirilib ki, 4 nəfər ölkə xaricindədir və onlar barəsində də axtarış elan olunub.

Chosen
20
8
apa.az

9Sources