EN

Kosovada Türkiyə millisinə fişəng hücumu...



Bir qrup kosovolu azarkeş Priştina şəhərində Türkiyə milli futbol komandasına psixoloji təzyiq göstərməyə cəhd ediblər. Türkiyə mediasının yazdığına görə, hadisə bu gecə saat 1 radələrində baş verib. Onlar komandanın qaldığı otelin yaxınlığında yerləşdirilən fişəng aparatı vasitəsi ilə futbolçuları yatmağa qoymayıblar.

Xatırladaq ki, bu gün Kosovo və Türkiyə komandaları arasında DÇ-2026-nın pley-off mərhələsinin final matçı keçiriləcək. Bakı vaxtı ilə saat 22:45-də başlanacaq matçın qalibi mundiala vəsiqə qazanacaq.

Mətləb

Chosen
4
2
baki-xeber.com

3Sources