EN

Bələdiyyə sədri xanımı və qızı ilə birlikdə saxlanıldı

Türkiyənin Bursa şəhərində genişmiqyaslı əməliyyat keçirilib.

Azia.az  Yeni Sabah-a istinadən xəbər verir ki, şəhər bələdiyyyəsinin rəhbəri Mustafa Bozbey də daxil olmaqla, ümumilikdə 59 nəfər barəsində saxlanılma qərarı verilib.

İstintaqı yerli prokurorluq aparır.

Bələdiyyə başçısının xanımı və qızı da saxlanılanlar arasındadır. Bundan başqa, onun 2 qardaşı da saxlanılıb.

Şübhəlilər cinayət təşkilatı yaratma, cinayət təşkilatına üzv olma və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunurlar.

İş üzrə rüşvətə vasitəçilik, rüşvət vermə və saxta şirkətlər vasitəsilə maliyyə əməliyyatları həyata keçirməkdə şübhəli bilinən çoxsaylı iş adamları və bələdiyyə əməkdaşları da saxlanılıb.

Chosen
3
1
azia.az

2Sources