Azərbaycan Respublikası Mərkəzi Bankı, pul siyasəti qərarlarının (faiz qərarlarının) ictimaiyyətə açıqlanması qrafikinə əsasən, 2026-cı ildə faiz dəhlizinin parametrlərinə dair 2-ci qərarını 2 aprel 2026-cı il tarixində açıqlayacaq.
Marja.az xÉ™bÉ™r verir ki, MÉ™rkÉ™zi Bank, illik inflyasiya 2026-cı ilin fevral ayında yanvar ayı ilÉ™ müqayisÉ™dÉ™ dÉ™yiÅŸmÉ™yÉ™rÉ™k +5,7 faiz sÉ™viyyÉ™sindÉ™ qalmasına baxmayraq, geosiyasi gÉ™rginliklÉ™r, İran müharibÉ™si, yüksÉ™lÉ™n neft qiymÉ™tlÉ™rinin Dünyada inflysiya tÉ™zyiqlÉ™rini artırması vÉ™ qida mÉ™hsulları daxil bir sıra mÉ™hsulların bahalaÅŸması ilÉ™ É™laqÉ™dar olaraq gözlÉ™mÉ™ mövqeyindÉ™ qalaraq faizlÉ™rini sabit saxlaya bilÉ™r.Â
Xatırladaq ki, 4 Fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirilib. Faiz dəhlizi ilə bağlı qərar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uyğunluğu, qlobal iqtisadi aktivlik və beynəlxalq maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi şəraitdə müşahidə olunan əsas meyillər, eləcə də pul siyasəti qərarlarının maliyyə bazarları və real sektora ötürücülüyü əsas götürülüb.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10 deakbr 2025-ci il tarixli qərarı ilə də faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılmışdır. Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilmişdi.