EN

Vaşinqtonun mərkəzində Trampı tənqid edən "Qızıl unitazlı taxt" quraşdırılıb

Vaşinqtonun mərkəzində Trampı tənqid edən "Qızıl unitazlı taxt" quraşdırılıb

Vaşinqtonun mərkəzindəki Milli Xiyabanda, Avraam Linkolnun memorialı yaxınlığında rəssamlar "qızıl" unitazlı taxt formasında maraqlı bir instalyasiya yerləşdiriblər.

"The Washington Post" qəzetinin yazdığına görə, bu kompozisiya mərmər üslubunda hazırlanmış, qızılı dekorativ elementlərlə bəzədilmiş bir taxtı xatırladır.

Layihənin müəllifləri bu yolla ABŞ Prezidenti Donald Trampın Ağ Evdə apardığı təmir işlərini tənqid edirlər. Belə ki, prezident Linkoln dövründən qalan vanna otağını təmir etdirərək, oradakı "art-deko" üslublu elementləri mərmər və qızılı örtüklərlə əvəz etmək qərarına gəlib. İnstalyasiyanın üzərindəki lövhədə istehza ilə qeyd olunub: "Siyasi parçalanma, artan münaqişə və iqtisadi çətinliklər dövründə prezident Tramp diqqətini həqiqətən vacib olan məsələyə — Ağ Evdəki Linkoln vanna otağının təmirinə yönəldib".

Unitazın yanında yerləşdirilən tualet kağızının üzərində "Secret Handshake" yazılıb. Bu, son il yarım ərzində Vaşinqtonda oxşar etiraz aksiyaları keçirən anonim rəssamlar qrupunun adıdır. Müəlliflərdən biri qəzetə bildirib ki, bu iş həm də Trampın özünü "kral" və "ali lider" kimi görməsinə bir eyhamdır.

Chosen
44
afn.az

1Sources