EN

Almaniyaya məğlubiyyəti Ottoya bağışlamadılar

Qana millisi baş məşqçisiz qalıb.

Fanat.Az xəbər verir ki, Otto Addo istefaya göndərilib. 

Bu barədə Qana Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. İstefa yığmanın son yoxlama oyununda Almaniya millisinə 1:2 hesablı məğlubiyyətindən sonra baş tutub. Ancaq bu, sırf almanlarla görüşün nəticəsinə görə deyil, millinin son dövr uğursuz çıxışı ilə bağlıdır. Qana yoxlama oyunlarında ardıcıl 4 məğlubiyyət alıb. 

Xatırladaq ki, Otto Addo 2024-cü ilin martından ikinci dəfə Qana millisinə rəhbərlik edirdi. O, daha əvvəl - 2022-ci ildə də sözügedən komandanı çalışdırıb və 2022-ci il dünya çempionatında iştirak edib. 

Qana millisi 2026-cı il dünya çempionatının final mərhələsində L qrupunda Xorvatiya millisi, İngiltərə millisi və Panama millisi ilə mübarizə aparacaq. Komanda ilk oyununu 17 iyunda Panamaya qarşı keçirəcək.

Chosen
15
fanat.az

1Sources