EN

Dünyada valyuta ehtiyatları 13 trilyon dollara çatdı

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, 2025-ci ilin yekunlarına əsasən dünya valyuta ehtiyatlarının həcmi 13 trilyon ABŞ dolları səviyyəsinə çatıb.Metbuat.azKredit.az-a istinadən xəbər verir ki, bu, ötən illə müqayisədə 6,5% artım deməkdir və qlobal valyuta ehtiyatlarının tarixində yeni maksimum göstərici kimi qeydə alınıb. Buna baxmayaraq, ABŞ dollarının ehtiyatlardakı payı 2024-cü ildəki 58,52%-dən 56,77%-ə düşərək müşahidələr tarixində ən aşağı səviyyəyə enib. BVF bu statistik məlumatları 1995-ci ildən təqdim edir.Çin valyutası yuanın payı da 1,95%-ə qədər azalaraq 2017-ci ildən bəri minimuma düşüb. Əvəzində yapon yeni 5,78%-ə yüksələrək 2020-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Ən böyük pay isə avroya məxsusdur və 20,25% təşkil edir.

Beləliklə, qlobal valyuta ehtiyatlarında pay bölgüsündə dəyişikliklər davam edir, ABŞ dollarının dominantlığı azalır, Asiya valyutaları isə güclənir.

Chosen
4
metbuat.az

1Sources