EN

Qardaş Pakistandan Ermənistana AĞIR ZƏRBƏ: Azərbaycan İZİ, yoxsa…?

Yaxın Şərqdə artan gərginlik fonunda İrandan Ermənistana göndərilən təxminən 400 min dollar dəyərində yük Pakistanda saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Ticarət-Sənaye Palatasının vitse-prezidenti Karen İvanov məlumat verib.

Onun sözlərinə görə, problemin əsas səbəblərindən biri Ermənistanla Pakistan arasında diplomatik münasibətlərin olmamasıdır. Hazırda məsələni həll etmək üçün danışıqlar aparılır.

Fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması regionda logistika zəncirlərini ciddi şəkildə pozub.

Nəticədə yük daşımaları ənənəvi marşrutlardan yayındırılaraq alternativ yollarla, o cümlədən Ümid burnu vasitəsilə həyata keçirilir.

Eyni zamanda İran Hörmüz boğazında yeni qaydalar tətbiq edib. Bu qaydalara əsasən, ABŞ, İsrail və onları dəstəkləyən ölkələrlə əlaqəli gəmilərin boğazdan keçidi məhdudlaşdırılıb. Digər ölkələr üçün isə keçid ödənişlidir və bu rüsumun təxminən 2 milyon dollar olduğu bildirilir. Rusiya, Hindistan və Çin kimi ölkələrin gəmiləri isə bu ödənişdən azaddır.

Mütəxəssislər hesab edir ki, regionda davam edən hərbi-siyasi gərginlik beynəlxalq ticarətə və enerji daşımalarına uzunmüddətli təsir göstərə bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
19
1
konkret.az

2Sources