Hurriyyet portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
(DİN NAZİRİNİN QƏBULUNA YAZILMAĞIN ƏSASI)
“Borclu borclunun sağlığını istər” (Ata sözü)
Daxili Qoşunlara Prezidentin yanında xüsusi status verilməsi bu sətirlərin yazarı üçün böyük önəm daşıyır. Nədən 15 il olar son xidmət yerim olan qoşun növü özünün 1-ci dərəcəli Qarabağ əlili zabiti ilə düşmən kimi davranır. Nə işdənçıxarma, nə məzuniyyət, ezamiyyət , nə “paltar” pulu verilib, nə pensiyası, xidməti düz hesablanıb; ehtiyatda olan zabitlərin rütbəsi polkovnikə kimi yüksəldiyi halda, xidmətini savaşda keçirən 48 ilin zabitinin baş leytenant rütbəsi dəyişməz qalıb, hətta Azərbaycan SQ-də zabit rütbəsində xidmətdə olmadığı bildirilib, savaşda tabur komandiri olduğunu MN Mərkəzi Hərbi Hospitalı təsdiq etsə də, savaşda “ezamiyyətdə” , qospitalda “məzuniyyətdə” sayılaraq 162 manatlıq (?) mülki maaş ayrılıb. Prezidentə, daxili işlər nazirinə , baş prokurora, məhkəməyə özbaşınalıqdan şikayətlər isə 1-ci dərəcəli Qarabağ əlilinə elə baha başa gəlib ki! Özbaşınalığa, vicdansız davranışa baxın, guya Prezidentə özbaşınalıqdan şikayət etməklə idarənin şərəf və ləyaqəti elə ləkələnib ki, 1-ci dərəcəli Qarabağ əlilinin 30 milyon manatı (??) ilə yuyula bilər. Bir dövlət idarəsi, hərbi qurum özünün (?) 1-ci dərəcəli Qarabağ əlilindən 30 milyon manat tələb edirsə, ondan hansı haqq-ədalət gözləmək olar?
30 milyon manatı aylıq 162 manatla (sonradan 390, 4 illik indeksasiya ilə hazırda olsun min manat) neçə ilə ödəmək olar? DİN Maliyyə Plan İdarəsi, DQ rəsmiləri buna məhkəmənin (iddianı mümkün saymamaqla) hüquqi qiymət verdiyini bildirməkdən doymurlar. Özümüz hesablayaq, borclu
deyilik? Yeməsək, içməsək, ayda 1000 manat hesabı ilə 30 milyonu 30 min aya ödəmək olar. 30 min ay isə 2500 il edir. Baxın, maaşı 17 min manata qaldırılan baş nazirə 30 milyon manatı ödəməyə 150 il ac-susuz ömür gərəkir!(?) Qazi savaş veteranları borc ödəməkdə daha uzunömürlüdürlər, 80 manatla bir qaziyə 30 milyonu ödəməyə 37min 500 il gərəkir!(?)
Ümid edək ki, Prezidentin yanına keçəndə 30 milyonluq “şərəfhaqqı” tələbi unudular, amma pensiyanın düz hesablanmasına əngəl yaradılmaz. Sayğılı daxili işlər nazirimin qəbuluna yazılmağımın əsası da budur. Nazirin tapşırıqlarına söz verilir, di gəl əməl edilmir .
Məğrur Bədəlsoy, DİN-in 1-ci d. Qarabağ əlili (qazi)
.jpeg)
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.