EN

Ağstafada beş mindən çox abonentin qazı kəsildi

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Ağstafa rayonunun bir neçə kəndinin qaz təchizatında fasilə yaranıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, Ağstafa rayonu Köçəsgər avtomatik qazpaylayıcı stansiyadan (AQPS) qidalanan yaşayış məntəqələrində xidmət sahəsi tərəfindən aşkar edilən qaz sızmalarının aradan qaldırılması, korroziyaya uğrayan boruların əvəzlənməsi, daşıyıcı qaz xətti üzərində olan siyirtmələrdə əmələ gələn sızmanın aradan qaldırılması üçün qaz təchizatının dayandırılması zərurəti yaranıb:

"Qeyd olunan işlərin yerinə yetirilməsi üçün bu gün saat 11:00-dan təmir yekunlaşanadək Köçəsgər, Tatlı, Köhnə Qışlaq, Yuxarı Göycəli, Eynallı, Qırılı, Vurğun, Həsənsu, Aşağı Göycəli kəndlərində (5 590 abonent) qaz təchizatı dayandırılıb".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
1
avtosfer.az

2Sources