EN

Paşinyanı kilsədə vurmaq istəyən gənc həbs edildi İki maddə ilə ittiham irəli sürülüb

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Ermənistan İstintaq Komitəsi bazar günü Müqəddəs Anna kilsəsində baş verən insidentlə bağlı saxlanılan şəxslərə ittiham irəli sürüb.

“AzPoltika” erməni mediasına istinadla xəbər verir ki, saxlanılanların barəsində qətimkan tədbiri hələ müəyyən edilməyib. İstintaq Komitəsinin məlumatına əsasən, David Minasyan barəsində xuliqanlıq və vəzifəli şəxsin qanuni xidməti və ya siyasi fəaliyyətinə müdaxilə maddələri ilə ictimai cinayət təqibi başlanıb.

Mikayel Minasyan isə xuliqanlığa yardım etmə və vəzifəli şəxsin qanuni fəaliyyətinə müdaxiləyə yardım maddələri ilə ittiham olunur.

Bundan başqa, Gevorq Gevorqyan barəsində xuliqanlığın təşkili və vəzifəli şəxsin fəaliyyətinə müdaxilənin təşkilinə görə cinayət işi açılıb.

Qeyd edək ki, adıçəkilən şəxslər bir gün əvvəl saxlanılıb.

İnsident bazar günü baş verib. Ermənistanın Baş naziri Nikol Paşinyan təhlükəsizlik əməkdaşları və digər rəsmilərin müşayiəti ilə ibadət hələ başa çatmamış kilsədən çıxmağa çalışarkən gərginlik yaranıb.

Təhlükəsizlik əməkdaşları Baş nazir üçün yol açmağa çalışdığı zaman izdihamdan bir gənc buna etiraz edib. O, onu itələməməyi tələb edib və yerində qalmaq istədiyini bildirib.

“Belə baxma mənə”, – deyə gənc Paşinyana müraciət edib.

Bundan sonra həmin şəxs Baş nazirə əl qaldırmağa cəhd edib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
1
azpolitika.info

2Sources