EN

CHP-li bələdiyyə sədri və ailəsi SAXLANILDI

Türkiyənin Bursa şəhərinin bələdiyyə sədri, Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü Mustafa Bozbey saxlanılıb.

“Cebheinfo.az” xəbər verir ki, Bursa Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində Bozbey və daha 58 şübhəlinin adı hallandırılıb. Onlardan 55-i artıq saxlanılıb.

Məlumata görə, saxlanılanlar arasında Bozbeyin həyat yoldaşı, qızı və qardaşları, eləcə də bir neçə iş adamı var. Bozbeyin evində və bələdiyyə binasında axtarışlar aparılır.

Prokurorluq açıqlamasında şübhəlilərin "cinayətkar təşkilat yaratmaq və iştirak etmək" və "çirkli pulların yuyulması" maddələri ilə ittiham olunduğunu bildirib.

Əməliyyatlar Bursa, eləcə də İstanbul, Balıkəsir və Diyarbəkirdə aparılıb. Dörd nəfərin ölkə xaricində olduğu və axtarışda olduğu bildirilir.

Chosen
20
cebheinfo.az

1Sources