EN

Belqorodda Ukrayna üçün casusluqda şübhəli bilinən şəxs saxlanılıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Belqorod vilayətində Ukrayna kəşfiyyat xidmətlərinə Rusiya hərbi qulluqçularının yeri barədə məlumat verməkdə şübhəli bilinən Ukrayna vətəndaşını saxlayıb.

Herbiand.az bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən bildirir.

Məlumata görə, o, Ukrayna kəşfiyyat xidmətlərinə Belqorod vilayətinin sərhəd zonasında Rusiya Silahlı Qüvvələri haqqında raket və bomba zərbələri endirilmək məqsədi ilə məlumat ötürürmüş. Həbs olunan şəxs Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin pul kompensasiyası müqabilində əmrlərini yerinə yetirirmiş.

Rusiya Federasiyasının Belqorod vilayəti üzrə İstintaq Komitəsi casusluq (Cinayət Məcəlləsinin 276-cı maddəsi) maddəsi ilə cinayət işi açıb. Bu ittiham 20 ilə qədər həbs cəzası nəzərdə tutur.

Bəxtiyar CƏFƏRLİ

Chosen
48
50
herbiand.az

10Sources