EN

Azərbaycanın Rusiyaya yod ixracı 30%-ə yaxın azalıb

Azərbaycanın

Bu ilin yanvar ayında Azərbaycandan Rusiyaya 280,3 min ABŞ dolları dəyərində 4,6 ton, Hindistana isə 990 min ABŞ dolları dəyərində 18 ton yod ixrac edilib.

“APA-Economics” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Rusiyaya ixrac edilən yod ötən ilin müvafiq ayı ilə müqayisədə dəyər baxımından 29,2%, həcm baxımından isə 30,3% azalıb.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanda 29,1 ton yod istehsal edilib ki, bu da 2025-ci ilin ilk iki ayıına nisbətən 0,7% azalma deməkdir. Martın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı isə 17,7 ton təşkil edib.

Chosen
1
5
xalqcebhesi.az

6Sources