EN

Mətbuatımızın soyqırıma uğraması faktı əbədiləşdirilsin TƏKLİF

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

31 mart - 2 aprel 1918-ci il tarixlərində erməni-bolşevik silahlı birləşmələrinin Bakıda və ətraf bölgələrdə azərbaycanlılara qarşı törətdiyi qırğınlar zamanı milli mətbuatımız da ciddi zərbə alıb.

Modern.az xəbər verir ki, bu fikirləri “Şərq” qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı bildirib. 

O qeyd edib ki, həmin hadisələr zamanı azərbaycanlılara qarşı kütləvi qətliamlar törədilib, eyni zamanda milli təsisatlara ağır zərbə vurulub. Xüsusilə “Kaspi”, “Açıq söz” qəzetlərinin redaksiyaları, Orucov qardaşlarına məxsus elektrik mətbəəsi, həmçinin “Novruz” və “Turan” mətbəələri yandırılaraq dağıdılıb.

"Baş verənlər nəticəsində Azərbaycan anadilli mətbuatının fəaliyyəti Bakıda təxminən 6 ay dayanıb. Qəzetlərin son sayları 1918-ci ilin köhnə təqvimlə martın 18-də (31 mart) nəşr olunub. Yalnız bolşevik platformasına bağlı “Hümmət” və “Bakı Şurası” qəzetləri fəaliyyətini davam etdirə bilib".

O həmçinin vurğulayıb ki, 31 Mart hadisələri milli yaddaşda Azərbaycan milli mətbuatına qarşı soyqırımı kimi də xatırlanmalıdır.

A.Aşırlı həmçinin təklif edib ki, həmin dövrdə yandırılan və talan edilən mətbəələrin yerləşdiyi, Qoşa Qala divarları və Sabir heykəlinin ətrafını əhatə edən ərazidə bu faktın əbədiləşdirilməsi üçün xüsusi xatirə lövhəsi qoyulsun:

“Bunun üçün böyük maliyyə vəsaiti tələb olunmur. Sadə bir lövhənin yerləşdirilməsi belə kifayət edər”, - deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
modern.az

1Sources