EN

Xalq artistinin qızı ana olduğu anların görüntülərini paylaşdı

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Xalq artisti Mələkxanım Eyubovanın bloqer qızı Nəzrin Nəcəfova paylaşımı ilə diqqət çəkib.Demokrat.az bildirir ki, Nəzrin doğuş prosesindən görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Videoda onun əməliyyata həyat yoldaşı ilə birlikdə daxil olduğu da əks olunub.Nəzrin paylaşımında qızına duyğusal sözlərlə müraciət edib:“Xoş gəldin, qızım. Səninlə həyatımız tamam başqa rəng aldı. Bu anlar bizim üçün ən unudulmaz, dəyərli xatirələr oldu. Səni çox sevirik, balaca möcüzəmiz”.Ata olan Mərdan Kazımov da sevincini izləyiciləri ilə bölüşüb. O, körpəsi ilə fotosuna belə yazıb:“Ailəmizə xoş gəldin, gözəl qızım. Adını Şirin qoydum, həyatın da adın kimi şirin olsun, inşallah”.

View this post on Instagram

A post shared by Nazrin Najafova Kazimova (@nazrin.najafova)

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
33
demokrat.az

1Sources