EN

Mirzoyanın geyimi sual doğurdu

Ermənistanda yerli sosial şəbəkə səhifələrində xarici işlər naziri Ararat Mirzoyanın həyat tərzi ilə bağlı iddialar yayılıb.

Musavat.com xəbər verir ki, Mirzoyanın geyimi ilə bağlı yayılan məlumatlar müzakirələrə səbəb olub.

“Qırmızı xətt” adlı Telegram kanalı iddia edir ki, Ararat Mirzoyan seçki kampaniyası zamanı “Brunello Cucinelli” brendinə aid bahalı geyimdə görüntülənib.

Məlumata görə, söhbət dəyəri təxminən 5955 dollar olan jilet və digər geyimlərdən gedir.

Paylaşımda qeyd olunur ki, Mirzoyan əvvəllər maliyyə çətinlikləri ilə üzləşdiyini bildirsə də, hazırda onun daha bahalı həyat tərziylə seçildiyi iddia olunur.

Qeyd edək ki, bu məlumatlar rəsmi mənbələr tərəfindən təsdiqlənməyib və sosial şəbəkələrdə yayılan iddialara əsaslanır.

Musavat.com

Chosen
43
musavat.com

1Sources